Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama gedir

Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan yeni azad edilən Ağdama aparırıq”.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında bildirib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə H. Hacıyev qeyd edib.