Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb

Rusiyalı zabit Şuşada minaya düşərək öldü

Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb

Rusiya sülhməramlılarının zabiti Şuşada ərazilərin minalardan təmizlənməsi zamanı həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

“17 dekabr tarixində Şuşa yaşayış məntəqəsindəki yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Minalar Əleyhinə Beynəlxalq Mərkəzin minalardan təmizləmə qrupunun zabiti ağır yaralanıb”, - deyə məlumatda deyilir.

Bildirilir ki, hərbi qulluqçuya dərhal təcili tibbi yardım göstərilsə də, hospitala aparılan zaman aldığı travmalar səbəbindən yolda keçinib.