"Nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub" "Nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub"

Paşinyandan şok addım: XİN rəhbəri istefaya göndərilir - Türkiyəyə qarşı çıxışına görə

"Nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub"

Ötən ilin noyabrında Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunan Ara Ayvazyanı istefaya göndərmək istəyirlər.

AzNews.az "Hraparak" qəzetinə istinadla xəbər verir ki, yeni nazirin fəaliyyəti artıq hakimiyyəti narazı salıb.

Məlumata görə, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvada Türkiyə ilə bağlı açıqlamasından məmnun olmayıb.

"Nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub. Baş nazir Ayvazyana irad tutub”, - deyə qəzet yazıb.

Xatırladaq ki, 7 dekabrda Ayvazyan və rusiyalı həmkarı Sergey Lavrov Moskvadakı danışıqların ardınca birgə mətbuat konfransı keçiriblər.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı sualı cavablandıran Ayvazyan, 1915-ci il hadisələrini, qondarma “erməni soyqırımını” xatırladaraq, Türkiyənin guya Ermənistana qarşı “təcavüzkar” siyasətini bu günə qədər davam etdirdiyini deyib.

O, rəsmi Ankaranın Qarabağ müharibəsində son dərəcə mənfi rol oynadığını vurğulayıb.