“Ağdamın mənim vətənim olmadığını bəyan etmişdim” - Sarkisyan

Siz heç bir halda məndən bu torpaqları geri qaytarmayacağımız sözlərini eşidə bilməzdiniz

“Biz kapitulyantı azərbaycanlılar Şuşanı fəth edərək Xankəndinə çox yaxın məsafədə yerləşdiyi bir zamanda üçtərəfli sənədi imzaladığına görə ittiham etmirik, onu məhz yaratdığı şəraitə görə günahlandırırıq”.

AzNews.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, heç kim onları danışıqlar prosesini bilərəkdən uzatmaqda ititham edə bilməz:

“Siz heç bir halda məndən bu torpaqları geri qaytarmayacağımız sözlərini eşidə bilməzdiniz. Hətta 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil.

Bunu daha necə açıq şəkildə ifadə etmək olar? Belə bir aqibətin başımıza gəlməməsi üçün xain damğası daşımağa hazır idim. Problemin həllini istəyirdim, öz reytinqim barədə, tarixdə qalmağı düşünmürdüm... Təəssüf, bunu bacarmadım”.