Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Aznews.az-a verilən xəbərə görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.