Bu barədə Fransa XİN-in nümayəndəsi bildirib Bu barədə Fransa XİN-in nümayəndəsi bildirib

Fransanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Azərbaycana gəlir

Bu barədə Fransa XİN-in nümayəndəsi bildirib

Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.

Aznews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsi bildirib.

“Prezident Emmanuel Makronun Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi səfir Bris Rokföy bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, - XİN rəsmisi qeyd edib.