“Ağ və qara” festivaldan uğurla qayıtdı

Kukla Teatrı Moskvada festivalda iştirak edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib.

AzNews.azın məlumatına görə teatr Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu festivalda “Ağ və qara” tamaşaçı ilə çıxış edib.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da tamaşa festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib.

Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır.

Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

Qeyd edək ki, MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunan bu festival V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

AzNews.az