Azərbaycanda ilk dəfə noyabr ayının 7 və 8-də “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq. Azərbaycanda ilk dəfə noyabr ayının 7 və 8-də “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq.

Bu gündən Orqan Musiqisi Festivalı başlayır

Azərbaycanda ilk dəfə noyabr ayının 7 və 8-də “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq.

AzNews.az-ın verdiyi məlumata görə, festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.

“Azərbaycan Orqan Musiqisi Festivalı” Azərbaycan Televiziyası Mədəniyyət Kanalı, Azərbaycan Radiosu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir.

Azərbaycan Televiziyası Mədəniyyət kanalının yeni layihəsi olan “Azərbaycan Orqan Musiqisi Festivalı”nın da noyabrın 7-si saat 12:00 -da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda (1910-2018) elmi konfrans, noyabırın 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Azərbaycan orqan musiqisindən ibarət konsert keçiriləcək. Noyabrın 8-də saat 19:00-da Kamera və Orqan Musiqi Zalında Avropa orqan musiqisindən ibarət festival yekunlaşacaq.

Festival boyu konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Proqramda Nazim Əliverdibəyov, Qara Qarayev, Vasif Adıgözləv, Fərhad Bədəlbəyli, Rüfət Ramazanov, İohan Sebastyan Bax, Ejen Jiqo, Lui Nikola Klerambo, Iohan Paxelbel,Feliks Mendelson, Qeorq Fridrix Hendel, Astop Pyatsolla və digərlərinin əsərlərini Azərbaycan musiqiçiləri ifa edəcəklər. Festivalda təqdim olunacaq musiqi nömrələrin daha bir maraqlı cəhəti də ondan ibarətdir ki, orqanla birgə milli musiqi alətəmiz tarda da ifa olunacaq. Xənandə və vokalçılar da səhnədə yer alacaqlar.

Qeyd edək ki, festivalın bədii rəhbəri Mədəniyyət kanalının direktoru Ramil Qasımov, musiqi redaktoru Riad Quliyev, konsert proqramının rəhbəri Tahirə Yaqubova, konsert proqramının tərtibatçısı Səbinə Bəylərbəyova, koordinatoru Mələk Vəlizadədir.

Giriş sərbəstdir.

AzNews.az