Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib. Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib.

Bəyimxanım Vəliyeva beynəlxalq “Ud” festivalında iştirak edib

Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib.

AzNews.az xəbər verir ki, artıq 3-cü dəfədir bu festivala qatılan xanəndə İsrailli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış edib. O, konsertdə “Getmə-getmə” xalq mahnısını, “Bəstə Nigar” təsnifini və Hacıbaba Hüseynovun repertuarından “İki sevda çəkənlərin təsnifi”ni ifa edib.

Tamaşaçılar xanəndəmizin ifasını ayaq üstə alqışlayaraq onu oxuması üçün yenidən səhnəyə qaytarıblar.

Konsertdən sonra xanəndəmiz müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərimizin merac olunduğu, müqəddəs Qurani-Kərimdə adı çəkilən müsəlmanların ilk qibləsi saılan Məscidül-Əqsa məscidini də ziyarət edib.

Qeyd edək ki, festivala dünyanın bir çox ölkələrindən xanəndələr və musiqiçilər qatılıb.

AzNews.az