Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək. Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək.

Bakıda Polşa filmləri festival başlayır

Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək.

Festival çərçivəsində tamaşaçılar polşalı rejissorların “Varşava döyüşü. 1920”, “Gecə danışıqları”, “Ədalətli”, “Şəhər 44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.

“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək.

Giriş sərbəstdir. (Azərtac)

AzNews.az