141-ci dəfə Məcnun olacaq... 141-ci dəfə Məcnun olacaq...

Yeni ilin ilk “Leyli və Məcnun”u - FOTO

141-ci dəfə Məcnun olacaq...

Dahi bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşası yeni ildə ilk dəfə təqdim ediləcək.

Bu barədə AzNews.az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib.

Yanvarın 13-də Opera və Balet Teatrında nümayiş olunacaq tamaşada Leyli rolunu əməkdar artist Arzu Əliyeva, Məcnun rolunu isə xalq artisti Mənsim İbrahimov oynayacaq.

Qeyd edək ki, M.İbrahimov bu tamaşada 141-ci Məcnun obrazı ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description