Kişi deyir, kitabları sən sat, yaxşı bacarırsan Kişi deyir, kitabları sən sat, yaxşı bacarırsan

Qəşəm Nəcəfzadənin 60 illik yubileyi keçiriləcək

Kişi deyir, kitabları sən sat, yaxşı bacarırsan

Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadənin 60 illik yublieyi keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir bu gün saat 14-də Azərbaycan Yazıçılar Birliyində baş tutacaq.

Şairin oğlu Kəramət Böyükçöl atasının 60 illik yubileyini təbrik edib. O bildirib ki, mərasimdə şairin yeni kitabları təqdim olunacaq:

"Təbrik edirəm. Həm də yeni çap olunmuş kitabları təqdim olunacaq. Kişi deyir, kitabları sən sat, yaxşı bacarırsan. Zülmə düşmüşəm. Görün mən boyda yazıçını atası hansı gözdə görür: alverçi”.

Bahar RÜSTƏMLİ

AzNews.az