I Asiya Yazıçılar Forumunda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib I Asiya Yazıçılar Forumunda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib

Oljas Süleymenovdan Nobel mükafatı açıqlaması - "Təsadüfi adamlara verilir”

I Asiya Yazıçılar Forumunda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib

“Ədəbiyyat üzrə Nobel mükafatı əvvəlki nüfuzunu itirib”.

Bunu Azərbaycana gələn Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib.

Onun sözlərinə görə, Ədəbiyyat üzrə Nobel mükafatı daha çox təsadüfi adamlara verilir: “Görünür Nobel Komitəsinin üzvləri ədəbiyyatdan xəbərsizdirlər”.

O. Süleymenov I Asiya Yazıçılar Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı zamanı Nobel mükafatına alternativ “Böyük Asiya” mükafatının yaradılması təklifinə də münasibət bildirib.

O qeyd edib ki, bu mükafat Asiya xalqlarının ədəbiyyatının inkişafına kömək edəcək: “Düşünürəm ki, “Böyük Asiya” mükafatı dünya ədəbiyyatının inkişafına Nobel mükafatından daha çox töhfə verəcək”.

Xatırladaq ki, sentyabrın 4-dən 6-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda I Asiya Yazıçılar Forumu keçirilib. Forumda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib.