Teatr İranda “Qodonun intizarında” tamaşası ilə çıxış edəcək Teatr İranda “Qodonun intizarında” tamaşası ilə çıxış edəcək

Musiqili Teatr İrana gedir

Teatr İranda “Qodonun intizarında” tamaşası ilə çıxış edəcək

Akademik Musiqili Teatrı beynəlxalq festivala hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalına qatılacaq.

Dekabrın 1-dən 7-dək davam edəcək festivalda teatr görkəmli bəstəkar, Xalq artisti Fərəc Qarayevin və fransız yazıçısı Samuel Bekketin “Qodonun intizarında” tamaşası ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Tamaşada Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az