Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm

Tünzalə Ağayeva Prezidentə təşəkkür etdi - "Qürur duyuram”

Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm

Müğənni Tünzalə Ağayeva Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

AzNews.az xəbər verir ki, sənətçi Prezidentin Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında imzaladığı sərəncamdan danışıb.

O, oktyabrın 21-ni heç vaxt unutmayacağını deyib:

“Hər kəsə təşəkkürümü bildirirəm. Cənab Prezidentə, dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayevaya “Xalq artisti” fəxri adı verilib.

Bahar RÜSTƏMLİ

AzNews.az