Şuşa Teatrında yeni tamaşa - "Dəli Domrul"

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur

Şuşa Dövlət Musiqili Dram Teatrı tamaşaçılarına təqdim edəcəyi tamaşaları açıqlayıb.

Teatrdan AzNews.az-a verilən məlumata görə, noyabrın 15-də Altay Məmmədovun "Kitabi Dədə Qorqud” boylarının motivləri əsasında “Dəli Domrul” tamaşası təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.

Qeyd edək ki, tamaşa tam müasir və modern təqdimatında hazırlanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az