"YUĞ"-da "Mənəm, mən..."

Tamaşa İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib

YUĞ Dövlət Teatrı premyeraya hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr tamaşaçılarına bu dəfə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş "Mənəm, mən..." tamaşasını təqdim edəcək.

26-27 dekabr tarixlərində təqdim olunacaq tamaşa Dövlət Yuğ Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanıb. Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az