Yüksək hərarət və boğulma əlamətləri Yüksək hərarət və boğulma əlamətləri

Etibar Babayevin ölüm səbəbi tam dəqiqləşdi

Yüksək hərarət və boğulma əlamətləri

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayevin koronavirusdən vəfat etməsi təsdiqlənib.

AzNews.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının mətbuat xidmətinin rəhbəri Günel Aslanova Teleqraf.com-a açıqlamasında Etibar Babayevin koronavirusdan dünyasını dəyişdiyini bildirib: "Etibar Babayev xəstəxanaya yerləşdirilmədən öncə yeddi-səkkiz gün ev şəratində koronavirusdan müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə iyunun 28-də gecə saat 00:32 radələrində yüksək hərarət və boğulma əlamətləri ilə klinikaya daxil olub.

Qan təzyiqi 140/90, nəbzi 98 olub. Hər iki ağ ciyərdə "buzlu şüşə" əlaməti qeyd olunub. Təcili döş qəfəsinin rentgen şəkli çəkilib, ona ikitərəfli subtotal pnevmoniya diaqnozu qoyulub.

İyulun 1-də halı kəskin pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub. Kəskin tənəffüs çatışmazlığına görə iyulun 2-də gecə saat 23:10-da dünyasını dəyişib".