Ağciyətlərində əhəmiyyətli yaxşılaşma var Ağciyətlərində əhəmiyyətli yaxşılaşma var

Bəhram Bağırzadədən xəbər var

Ağciyətlərində əhəmiyyətli yaxşılaşma var

Əməkdar artisti Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

Bunu mətbuata açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Tənəffüzü süni ventilyasiya aparatı ilədir. Huşu aydın, bəfən hərarəti isə subfibril rəqəmlərdədir. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir. Hal-hazırda ilk plana ikincili bakteriya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişiklik aparılıb".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

AzNews.az