Əməkdar artist: "Oğul itkisi, onkoloji xəstəlik məni bu günə qoydu" - FOTO

Kübra Əliyeva "Elgizlə izlə" proqramında danışıb

Əməkdar artist Kübra Əliyeva üzündə plastik dəyişiklik etdirməsinin səbəbini açıqlayıb.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramında üzünün çox yaşlandığını deyib. O bildirib ki, yaşadığı çətin həyat onu bu cür edib:

"Keçmiş üzümü həyatda heç kimə göstərməzmişəm. Nə gündə imişəm. İndi yaxınlarıma göstərirəm. Deyirlər ki, bu nədir? İllərimin dərdi, çəkdiyim müsibətlər, oğul itkisi, fikirləşmək... 110 kiloqram olan kübra birdən-birə 70-ə düşdü. Onkoloji xəstəlik, kimyaterapiya... Bunlara görə düşmüşdüm. İndi düzəldim. Üzümə kök hüceyrə etdirdim. Bacım üzərlik yandırıb ki, göz dəyər. Bunu etməyə də bilərdim. Xalq üçün etdim. Məni görəndə bəyənsinlər".