Yaralı xəstəxanaya yerləşdirilib. Yaralı xəstəxanaya yerləşdirilib.
  • Mahal
  • 19 Aprel 2019 22:51
  •  2 047

Mingəçevirdə 67 yaşlı qadını it dişlədi

Yaralı xəstəxanaya yerləşdirilib.

Mingəçevirdə qadını küçədə it dişləyib.

Hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib.

Şəhər sakini, 1952-ci il təvəllüdlü Abdulkərimova Kifayət Qurbanəli qızı küçədə itin hücumuna məruz qalıb.

Nəticədə qadın hər iki ayağının baldır nayihəsi və sol əlindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az