Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 23 İyul 2019 09:30
  •  2 204

Zaqatalada iki körpə sirkə turşusundan zəhərləndi

Faktla bağlı araşdırma aparılır

Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.

Ötən gün axşam saatlarında rayonun Sumaylı kənd sakini, 2018-ci il təvəllüdlü Faiq Şaiq oğlu Qurbanov və Yuxarı Tala kənd sakini 2017-ci il təvəllüdlü Ramazan Rafik oğlu Sərkərzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı hər iki körpənin yaşadıqları ünvanda nəzarətsiz qalaraq sirkə turşusu içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanov və R.Sərkərzadəyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az