Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir
  • Mahal
  • 17 Yanvar 2022 13:24
  •  6 288

Azad edilmiş ərazilərə avtobus marşrutları açılır

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir

İlkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.

Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur. (report)