- Mahal
- 14 İyun 2022 21:17
- 7 584
Cahit Bağcı Şuşadan Binəli Yıldırımla foto paylaşıb - FOTO
Onlar sabah - iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcəklər
Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tvitter hesabında bildirib.
Qeyd edək ki, onlar sabah - iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcəklər.