Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar. Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.

Aİ Ermənistan AES-i ilə bağlı riskləri yoxladı

Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.


Bu barədə bu gün İrəvanda Avropa İttifaqının nümayəndə heyəti bildirib.

Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.

"Ekspert qiymətləndirilməsi 21-22 iyun tarixində Ermənistanda keçirilib. On nəfərdən ibarət qrupun tərkibində Avropa Nüvə Təhlükəsizliyinin Nizamlanması Qrupundan (ENSREG) 8 nəfər, Avropa Komissiyasından isə 2 nəfər olub", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Ermənistan Respublikasında yerləşən Metsamor Atom Elektrik Stansiyası 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb. İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Azərbaycan regionu təhlükə qarşısında qoyan Metsamor AES-in fəaliyyətinin dayandırılması ilə bağlı mütəmadi olaraq bütün beynəlxalq qurumlara müraciət edir.

APA.az