Çinin Fucyen əyalətində baş verən daşqınlar nəticəsində 8 nəfər ölüb, 9 nəfər itkin düşüb. Çinin Fucyen əyalətində baş verən daşqınlar nəticəsində 8 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Çində daşqınlar 8 nəfərin həyatına son qoydu

Çinin Fucyen əyalətində baş verən daşqınlar nəticəsində 8 nəfər ölüb, 9 nəfər itkin düşüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar geniş ərazini əhatə edib. Sel 600 evi dağıdıb 17 min hektar təsərrüfat ərazisi suların altında qalıb. Dağıntılar nəticəsində azı 40 nəfərin xəsarət aldığı bildirilir.

Təbii fəlakət bölgəsində 250 min insan məskunlaşıb. Yerli rəhbərlik 38 min insanı təxliyə edib.

Rəsmilər bölgəyə dəyən ziyanın 251 milyon dollar təşkil etdiyini bildiriblər.

AzNews.az