- İşin içi
- 18:47
- 1 974
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 316,1 milyon manat təşkil edib.
Aznews.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 84,1 %-i qeyri-dövlət sektorunun payına düşüb, 67,4 %-i isə əhali sektoruna aid olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.