Estoniyanın təhsil naziri Kristina Kallas rusca çıxışına görə tənqid edildi

Estoniyanın elm və təhsil naziri Kristina Kallas məktəb məzuniyyət mərasimində çıxışının bir hissəsini rus dilində etdiyi üçün tənqidlərlə üzləşib.

Məlumata görə, nazir Estoniyanın Kohtla-Järve şəhərində yerləşən dövlət gimnaziyasında diplom təqdimetmə mərasimində nitqinin bir hissəsini rus dilində səsləndirib. Bu addım məktəbdə çalışan bəzi müəllimlər tərəfindən narazılıqla qarşılanıb. Həmin təhsil müəssisəsində dərslər yalnız eston dilində keçirilir.

Kristina Kallas bildirib ki, çıxışının əsas hissəsi eston dilində olub. Onun sözlərinə görə, rus dilində yalnız bir neçə cümlə səsləndirərək övladlarının dövlət dilində təhsil almasına dəstək verən ailələrə təşəkkür edib.

Nazirin addımını Estoniyanın keçmiş təhsil naziri Tõnis Lukas də tənqid edib. O qeyd edib ki, xüsusilə təhsilin eston dilinə keçirildiyi bölgələrdə hökumət üzvlərinin rəsmi çıxışları yalnız dövlət dilində olmalıdır.

Mövsüm,

AzNews.az