Rusiyanın Çelyabinsk vilayətində Kıştım şəhərində yerləşən evlərdən birində dəhşətli faciə yaşanıb. Rusiyanın Çelyabinsk vilayətində Kıştım şəhərində yerləşən evlərdən birində dəhşətli faciə yaşanıb.

Ev alan cütlüyün ailəsində faciə - Əvvəl arvadını öldürdü, sonra...

Rusiyanın Çelyabinsk vilayətində Kıştım şəhərində yerləşən evlərdən birində dəhşətli faciə yaşanıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, yeni aldıqları evin şərəfinə ziyafət təşkil edən cütlüyün sonu ölümlə nəticələnib. Mənzilə dostlarını toplayan ər sonradan arvadı məişət zəminində mübahisə edib.

Mübahisə zamanı əlinə bıçaq götürən ər həyat yoldaşına çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Arvadının ölümündən sonra ər də intihar edib.

Mübahisə zamanı cütlüyün yeganə oğul övladı öz yataq otağında bərk yuxuya getdiyindən, hadisədən polis gləndən sonra xəbər tutub. Polisə isə xəbəri qonşuları verib.