Milad öncəsi qalın qar yağması səbəbindən ABŞ-ın Çikaqo şəhərində temperatur mənfi 20 dərəcəyə qədər düşüb. Milad öncəsi qalın qar yağması səbəbindən ABŞ-ın Çikaqo şəhərində temperatur mənfi 20 dərəcəyə qədər düşüb.

ABŞ donur: “30 dəqiqədən çox çöldə qalmayın!”

Milad öncəsi qalın qar yağması səbəbindən ABŞ-ın Çikaqo şəhərində temperatur mənfi 20 dərəcəyə qədər düşüb.

AzNews.az xəbər verir ki, dondurucu soyuq səbəbilə şəhərin bir çox yerində "isinmə mərkəzləri" fəaliyyətə başlayıb. Son illərin ən soyuq günlərinin yaşandığı şəhərdə insanlara donma təhlükəsi ilə bağlı xəbərdarlıq olunub. Səlahiyyətlilər çikaqolulara 30 dəqiqədən çox çöldə qalmamağı tövsiyə ediblər.

Həftə boyunca təsirli olacağı gözlənilən soyuq hava kütləsi Miçiqan gölünün donmasına səbəb olub. Göl üzərində mehdana gələn hərəkətli soyuq hava axını maraqlı görüntülər yaradır.