Fransanın Avinyon əyalətində 11 sentyabrda doğulan övladlarının adını Cihad qoyan valideynləri cəza gözləyir Fransanın Avinyon əyalətində 11 sentyabrda doğulan övladlarının adını Cihad qoyan valideynləri cəza gözləyir

Övladlarına Cihad adı verən ailəni cəza gözləyir

Fransanın Avinyon əyalətində 11 sentyabrda doğulan övladlarının adını Cihad qoyan valideynləri cəza gözləyir



Valideynlər 2012-ci il 11 sentyabrında - 3 yaşlı övladlarının doğum günündə onu uşaq bağçasına üzərində "Mən bombayam" və "11 sentyabrda doğulan Cihad" yazılmış köynəklə göndəriblər.

Köynəyin dizaynını Cihadın dayısı fikirləşib. Hadisənin baş verdiyi Sorq şəhərinin meri Terrii Lano isə bu hərəkətdə gülməli heç nə görməyərək prokurorluğa müraciət edib.

Uşağın anası Buhra Bağır məhkəmədə ifadə verərək köynəyin üzərində yazılanların təxribat olması fikri ilə razılaşmayıb. Prokuror isə valideynləri uşaqdan istifadə edərək terrora çağırış etməkdə ittiham edib.

Cihadın valideynlərini 45 min avro cərimə, hətta 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Elnarə Əlosmanqızı
AzNews.az