Perulu balıqçı Alejandro Ramosun başına iş gəlib. Perulu balıqçı Alejandro Ramosun başına iş gəlib.

Çəkisi bir anda 31 kilo artdı

Perulu balıqçı Alejandro Ramosun başına iş gəlib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Ramos dənizə girəndən sonra bədəni şişməyə başlayıb. Onun bədəni 4 il boyunca belə qalıb. Həkimlər onun bu xəstəliyinə dəqiq diaqnoz qoya bilmirlər.

Ramos, dəniz canlısı toplamaq üçün dənizin dibinə baş vurduğunu, yuxarı çıxarkən isə 31 kilo çəki aldığını bildirib. Onun səhvi dənizdən sürətlə çıxmaq olub. Belə ki, qandakı azot böyük qabarcıqlara dönüb və Ramosun bədənini şişirib. Həkimlər əməliyyatın çox riskli olduğunu düşünürlər və xəstəliyə qalib gəlmək üçün başqa yol axtarırlar.

Ramosun isə çox ciddi ağrıları var və çətinliklə yeriyir.