Trampla Merkel arasında nə baş verir?

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelə əl uzatmaq istəməyib.

Modern.az Almaniyanın nüfuzlu nəşri Spiegel nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Ursula fon der Lyaen bildirib.

ABŞ prezidentinin Almaniya kanslerinə münasibəti haqda danışan nazir, indi münasibətlərin dəyişməsini qeyd edir.

“Əvvəlcə o, (Tramp – red) hətta Merkelə əl vermək istəmirdi. İndi isə Tramp ona hörmətlə yanaşır və diqqətlə qulaq asır” – Lyaen bildirib.

Nazirin Trampın əvvəlki münasibətinin qadınlar haqqında köhnə fikirləri ilə əlaqəli ola biləcəyindən ehtimal edir.

Qeyd edək ki, son zamanlar ABŞ prezidenti Donald Trampın Rusiyaya olan münasibətinə görə Almaniya kansleri Angela Merkellə münasibətləri gərginləşib.

AzNews.az