Deputat soyğunçuluqda ittiham edilir

Dağıstanın Xalq Məclisinin deputatı Məhəmməd Maqamedova qarşı soyğunçuluq da daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.

"Интерфакс"ın məlumatına görə, deputatın martın 20-də Mahaçqalada baş verən kütləvi iğtişaşlarla əlaqəsi də ehtimal edilir.

Qeyd edək ki, Maqomedov iyunun 27-də silahlılarla əlaqədə şübhəli bilinərək Xalq Məclisinin iclas zalında saxlanılıb. Elə həmin gün də o, deputat mandatından məhrum edilib.

İstintaqın versiyasına görə, Maqomedov silahlıların yaxınlarına kömək edib, kütləvi iğtişaşların törədilməsini dəstəkləyib.

Elnarə
AzNews.az