- Köhnə - Dünya
- 28 İyul 2013 16:48
- 2 755
Falçıya sui-qəsd hazırladılar
Milli.Az İnterfax-a istinadən bildirir ki, Dağıstan DİN OMON-unun mütəxəssis istehkamçıları döyüş hazırlığında olan qumbaranı zərərsizləşdiriblər. Qumbara Zaqorodnaya küçəsində, şəxsi evin darvazasının yanına qoyulubmuş.
DİN mətbuat xidmətindən bildirilib ki, partladıcı qurğunu xatırladan bükülü təxminən Moskva vaxtı ilə 11:30-da aşkarlanıb. Hadisə yerinə gələn istehkamçılar orada RQD-5 qumbarasının olduğunu aşkar ediblər.
"Qumbara döyüş hazırlığı vəziyyətində idi və elə bükülmüşdü ki, paket açılan kimi partlasın. Mütəxəssislər 13:15-də onu zərərsizləşdirdilər. Hazırda hadisə yerində operativ istintaq briqadası çalışır, şübhəlilər müəyyənləşdirilir", - qurumdan deyilib.
Yerli hüquq-mühafizə xidmətinin əməkdaşı isə bildirib ki, qarşısında qumbara tapılan evdə falçı yaşayır.
AzNews.az