Avropa ölkələri Yəməndəki səfirliklərini bağlayır

Fransa, Almaniya və Böyük Britaniya Yəməndəki səfirliklərini təhlükəsizlik baxımından avqustun 4-ü və 5-i bağlayacaqlarını bəyan ediblər.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, təhlükənin mahiyyəti barədə heç bir əlavə məlumat verilmir.

Qeyd edək ki, ötən gün ABŞ "Əl Qaidə" tərəfindən olan terror təhlükəsi səbəbindən Yaxın Şərq və Afrika ölkələrindəki səfirlik və konsulluq şöbələrini müvəqqəti bağlayacağını bəyan edib.

ABŞ Dövlət Departamenti həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər edən amerikalılara terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, "Əl Qaidə" və onunla əlaqəli olan digər qruplaşmalar turizm mərkəzlərinə və ictimai nəqliyyata çoxlu sayda hücumlar hazırlayıblar.

AzNews.az