Ankara şəhərində, Prezident Kompleksində inşa edilən Külliyə məscidinin bu gün açılışı gözlənilir. Ankara şəhərində, Prezident Kompleksində inşa edilən Külliyə məscidinin bu gün açılışı gözlənilir.

Prezidentdən Ramazan bayramına hədiyyə - Ankarada yeni məscid

Ankara şəhərində, Prezident Kompleksində inşa edilən Külliyə məscidinin bu gün açılışı gözlənilir.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "HT" qəzeti yayıb.

Eyni vaxtda təxminən 3 min nəfərin ibadət edə biləcəyi məscid Türk və Osmanlı memarlıq tarixinin bir sintezi kimi səciyyələndirilir.

Məscid Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacaq və məsciddə ilk cümə namazı qılınacaq. 59.3 metr hündürlüyündə olan məscidin 4 minarəsi var.

Məsciddə əlillər üçün də lazımi şərait yaradılıb.

Məscidin imamı Mehmet Bilirdir. O, 2010-cu ildə Moskvada, 2014-cü ildə isə Malayziyada keçirilən Qurani-kərimin oxunma yarışında ikinci yeru tutub.