Con Kerri erməniyə yüksək vəzifə verdi

ABŞ Dövlət Katibinin müşavirliyi vəzifəsinə erməni gətirilib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vaqan Turekyan ABŞ Dövlət Katibinin elm və texnologiya üzrə beşinci müşaviri təyin edilib.

Turekyan bu vəzifəsində ABŞ Dövlət Katibinə və onun iqtisadi inkişaf, energetika və ətraf aləm məsələləri üzrə müavininə elm, texnika və ətraf aləmə dair məsləhətlər verəcək.

O, həmçinin ABŞ-ın xarici siyasətinə təsir edən səhiyyə problemləri üzrə məsləhətlər təqdim edəcək.

Qeyd edək ki, Turekyan bundan öncə ABŞ-ın elmin inkişafına yardım assosiasiyasında çalışıb.

Aydan Axundova