Baş redaktor: “Ümid edirəm ki, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev və Prezidentin köməkçisi cənab Anar Ələkbərov bu müraciətin ünvanına çatmasını təmin edəcəklər” Baş redaktor: “Ümid edirəm ki, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev və Prezidentin köməkçisi cənab Anar Ələkbərov bu müraciətin ünvanına çatmasını təmin edəcəklər”

Taleh Şahsuvarlı prezidentə müraciət etdi: “Məni qəbul etməyinizi xahiş edirəm”

Baş redaktor: “Ümid edirəm ki, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev və Prezidentin köməkçisi cənab Anar Ələkbərov bu müraciətin ünvanına çatmasını təmin edəcəklər”

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə keçmiş namizəd, AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib və dövlət başçısından onu şəxsən qəbul etməsini xahiş edib.

Bu barədə o, öz Facebook profilində məlumat yayıb:

“23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən MM üzvlüyünə keçmiş namizəd, AzNews.az analitik-informasiya portalının Baş redaktoru, ən başlıcası, ardıcıl bir tərəfdarı olaraq Prezident İlham Əliyevə rəsmən, məktubla müraciət etdim (məktubu PA-nın poçtuna öz əllərimlə atdım) və dövlət başçımızdan məni qəbul etməsini xahiş etdim. Məktubun məzmunu haqqında daha geniş danışmaq istəmirəm. Cənab prezidentlə görüşüb bir sıra məsələləri şəxsən diqqətinə çatdırmaq istəyirəm. Ümid edirəm ki, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev və Prezidentin köməkçisi cənab Anar Ələkbərov bu müraciətin ünvanına çatmasını təmin edəcəklər”.

Ləman