Bu gün Azərbaycan Ədəbiyyatının rəmzi məhz ANAR-dır Bu gün Azərbaycan Ədəbiyyatının rəmzi məhz ANAR-dır

ANAR VƏ ANMAZ ARASINDA - Mirşahin yazır

Bu gün Azərbaycan Ədəbiyyatının rəmzi məhz ANAR-dır

… Bu gün Yazıçılar Birliyinin Qurultayı oldu. ANAR-la Anmazlar arasında gedən mübarizədə yaxşı ki ANAR qalib gəldi. O seçildi. Yaradıcılığı, şəxsiyyəti, öz mövqeyi, üslubu ilə seçildiyi kimi. Sevinirəm ki, Yazıçılar Birliyi daha bir möhlətə ANAR-ın sayəsində nüfuzlu, gərəkli olacaq. ANAR xətkeşdir, tərəzidir, çəki daşıdır. Ölçü vahididir. Bu isə ölçülənlərun, çəkilənlərin xoşuna gəlmir. Çünki təsəvvür etdiklərindən, yüngüldürlər, zənn etdiklərindən əyridirlər… ANAR-a yuxarıdan aşağıya baxmaq istəyənlər bir qayda olaraq aşağldan yuxarıya baxmağa məcbur olurlar. Liliputları məhz bu qıcıqlandırır. ANAR MİLLİ DƏYƏRDİR.

Sosial şəbəkələrdə küllənən ədəbi-bədii cüvəllağılar ANAR-ı tanımaya, daha doğrusu tanımaq istəməyə bilərlər. Onların əyyaş təfəkkürü, zövqsüzlüyü, savadsızlığı, Böyük Ədəbiyyatdan bixəbərliyi buna qadirdir. Bəs doxsanıncı illərdə ANAR-ın SSRİ Xalq Deputatları Qurultayında Mixail Qorbaçovun üzünə Qarabağ mövzusunda ən sərt ittihamlar səsləndirdiyinin, Sovet İttifaqının, Avropanın ən nüfuzlu mətbuat orqanlarında Azərbaycanı necə ləyaqətlə təmsil etdiyinin, Qobustan qayalarının daş kitabələrindən “Qobustan” jurnalınadək, Mirzə Cəlilin irsindən “Molla Nəsrəddin-66”- dək, Dədə Qorqud dastanından “Dədə Qorqud” filminədək, Üzeyirbəy Hacıbəyli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid uğrunda etdiyi ədəbi fədakarlığadək bütün olmuşları xatırlamalı olan sklerozlar, riyakarlar, ikiüzlülər, qorxaqlar? Onlar niyə susurlar? ANAR-ı qoruya bilməyəcəklərsə, yaratdıqları düşük, fərsiz, qotur “ədəbiyyat” kimə lazımdır? Əgər bir zamanlar Ədəbi Vicdan adlandırdıqlarının 84 yaşına sevinməyəcəklərsə, onda bir-birinə niyə uzun ömür arzulayırlar?! Bu gün Azərbaycan Ədəbiyyatının rəmzi məhz ANAR-dır. O Milli Ədəbiyyatda DÖVLƏT-in özüdür! Ona təpik atanlar isə ”küçə”, “qara güruh!” ANAR Yazıçılar Birliyindən daha artıqdır. Əslində Yazıçılar Birliyi heç yoxdur da:
…var ANAR Birliyi! ANAR olmayan gün Yazıçılar Birliyi də olmayacaq! Dua edək ki, olsun! Yazıçılar Birliyinin Olması naminə!

Bilirsiniz niyə ANAR-ı əvəz etmək olmur? Ona görə ki, o əvəzolunmazdır! O hətta yaşı ilə bağlı olaraq bəzən şux qamətli görünməsə belə, ən UCA yazıçımızdır! Başa düşürəm, ANAR-ın uzunömürlülüyü bəzilərini, xüsusilə “ədəbi-bədii” həşəratları əsəbiləşdirir. Onlara elə gəlir ki, ANAR getsə, onlar gələcək! Amma yanılırlar. Onlar gələcək deyil. ANAR-dır gələcək! Getsə də getməyəcək! Gələcək!!! Ədəbi tullantılarla həyatımzı zibilləyənlərə gəlincə, onları külək sovuracaq, havaya qaldıracaq, aparıb çırpacaq Dostayevskinin Millerinin Çayxanasının divarına! Alçaldılmış və Təhqir edilmişlər tarixə yalnız belə həkk edilir!

MİRŞAHİN