Şərqi Avropa ölkələri “Karpat səkkizliyi” formatını yaradıb

Ukrayna, Serbiya, Rumıniya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstanın iştirakı ilə yeni “Karpat səkkizliyi” (“C8”) formatı yaradılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verib.

“Yeni C8 formatına - bizi və Avropadakı qonşularımızı birləşdirən Karpat səkkizliyinə start veririk. Buraya Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya, Macarıstan və, əlbəttə, bütövlükdə Avropa İttifaqı daxildir”, - Zelenski Telegram kanalında yazıb.

Onun sözlərinə görə, yeni formatın ilk sammiti Ukraynanın Karpat dağlarında keçirilir və Karpat dövlətlərini, regionlarını və yerli icmaları bir araya gətirir.

Zelenski bildirib ki, iştirakçılar təhlükəsizlik, enerji, logistika və transsərhəd iqtisadiyyat sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Bundan əlavə, yeni format Avropa İttifaqı səviyyəsində qarşılıqlı fəaliyyəti və yerli icmaların dəstəklənməsini nəzərdə tutur.

Mövsüm,

AzNews.az