Taleh Şahsuvarlı yazır Taleh Şahsuvarlı yazır

Anarın, Ramiz Rövşənin namını sənə vermərik, Əkrəm "Aqulisli"!

Taleh Şahsuvarlı yazır

Az öncə təsadüfən qarşıma çıxdı və Əkrəm Əylislinin AYB-yə, Anara, Ramiz Rövşənə nifrətlə dolu açıqlamasını oxudum.

Mənim fikrimcə, bu nifrətin qaynağını AYB-də, Anarda, Ramiz Rövşəndə axtarmaq lazım deyil.

AYB enində-sonunda bir ictimai birlikdir.

Bir ictimai birlik olaraq ənənəsi var və dövlət tərəfindən dəstəklənir.

Əkrəm Əylisli Azərbaycan nəsrinin ənənəsinə xilaf çıxıb, dövlətin mükafatlarından, təltiflərindən məhrum edilib.

Bunun da səbəbi hər kəsə məlumdur - Əkrəm "Aqulisli"nin erməni sevgisi.

Bu gün qısa bir araşdırma aparsanız, Əkrəm "Aqulisli"nin ismini Ermənistanın müxtəlif fondlarının sevimlilər siyahısında görəcəksiniz.

Ancaq "Aqulisli"nin topa tutduğu Azərbaycan Yazıçılar Birliyinin uğurlu-uğursuz, istedadlı-istedadsız, peşəkar və ya həvəskar heç bir üzvünün yaradıcılığında Azərbaycanın milli maraqlarına zidd olan, tarixi həqiqətlərin təhrifinə xidmət edən bircə cümlə tapa bilməzsiniz.

Anarın AYB sədri kimi ən böyük uğuru da elə budur.

O, Azərbaycan ədəbiyyatını Əkrəm "Aqulisli" kimilərinin əli, qələmi ilə ölkəyə ixrac edilən erməni propoqandasından qoruyub.

"Aqulisli"nin Anarla ədavətinin köklərinə getmək istəmirəm. Mənim yaşımı aşar. Ancaq onun Anara qarşı son hücumları bir daha təsdiq edir ki, AYB sədrindən fərqli olaraq, Əkrəm "can" heç zaman kübar insan ola bilməyib.

Son günlərdə Anar müəllimin bir neçə müsahibəsini oxumuşam. Hər dəfə onun alicənablığına, təmkininə, təcrübəsinə, yanaşmalarındakı üfüq genişliyinə sayğı duymuşam. Bu, Anarın obyektiv oxucuda, dinləyicidə, izləyicidə özünə qarşı aşıladığı hörmətdir.

Əkrəm isə dünyaya tualet qədər dar çərçivədən baxır. Elə bunun nəticəsidir ki, Ramiz Rövşənə qarşı "aftafa" söhbəti edir.

Mən Ramiz Rövşənin haçansa AXCP və ya Müsavat üzvü olub-olmamasını dəqiq bilmirəm, amma səhv etmirəmsə, bu partiyalardan heç birinə rəsmən qatılmayıb. Ancaq Əkrəmin özünü bir zamanlar "Əbülfəz Elçibəyin dostu" kimi təqdim etdiyi, Müsavat Partiyasının rəhbərliyində təmsil olunduğu çoxlarının xatirindədir.

Əkrəmdən fərqli olaraq, Ramiz Rövşən efirə çıxıb eks-prezidentin içki aludəçisi olduğuna eyham vurmayıb və Müsavat Partiyasını mandata görə satmayıb.

Ramiz Rövşən həm yaradıcılığı, həm də şəxsiyyəti ilə Azərbaycan poeziyasının rəmzlərindən biridir.

Ramiz Rövşən milli və bəşəri düşüncənin vəhdəti, azərbaycanlı viziyasıdır.

Ramiz Rövşən tükənmiş, marginallaşmış və dar qursaqlı qrafomanlar qarşısında kəlimeyi- ləyaqətdir.

AYB qurultayından sonra Anara və yazıçıların ali tədbirinə qərəzli hücumlar oldu.

Bu barədə öz aramızda danışanda Murad Köhnəqala maraqlı bir informasiya söylədi. Dedi ki, bütün bu işlərin arxasında Əkrəm dayanır.

Gördü ki, Anara və AYB-yə qarşı törətmək istədiyi fitnə yerimir, "icraçılar"ı onu yarıtmır, özü çıxdı ortaya.

Lev Tolstoyun yaxşı sözü var, deyir, hər kəs dünyanı dəyişmək istəyir, amma heç kim özünü dəyişmək barədə fikirləşmir.

Ədəbi yaradıcılıq - dünyanı dəyişmək cəhdidir.

Bu baxımdan Əylislinin cəhdləri, yəni dünyanı erməniləri azərbaycanlılardan üstün tutmaqla dəyişmək istəyi puç olub.

Ən acınacaqlısı isə budur ki, çoxdan üzvü olmadığı AYB-ni dəyişmək istəyən Əkrəm barı ömrünün son sənələrində dəyişərək müdrikləşə bilməyib.

Daha gecdir!

Taleh ŞAHSUVARLI