SUSAMIŞ ADAMLARIN LİDERİ!

"Yaşma"lı bir qazimiz var.

Şuşanın azad olunmasında iştirak edib, ağır yaralanıb.

Şuşa əməliyyatından danışanda deyir ki, bütün əziyyətlərimi, çətinliklərimi, yaralarımı, ağrılarımı unuduram, amma Şuşa yürüşündə möhkəm susamışdıq, içməyə bir qurtum su tapmırdıq.

Deyir ki, özümdən asılı deyil, daha heç zaman içdiyim suyu atmıram, suyu içib dibində saxlayanlar adamlar isə məni əsəbləşdirir.

İlham Əliyev kimdir, bilirsiniz?

Bax, o susuz və travmalı adamların lideridir.

Susuz adamların lideri olmaq çox çətindir, amma adamları VƏTƏN ÜÇÜN SUSATMAQ ondan da qat-qat çətindir!

Kərbalada qalib gəldik, başa düşürsünüz?

Və o, yeni ŞAH İSMAYILDIR!

Bu qədər mistik güc orta çağlarda bir Şah İsmayılda olub, bir də yeni çağda İlham Əliyevdə!

21-ci əsrdə başqa bu qədər mistik güc lideri yoxdur!

Mən Sizə danışıram Azərbaycan və dünya tarixindən!

Taleh ŞAHSUVARLI