Pakistanın "JF-17 Thunder" qırıcıları Bakıdakı hərbi paradda iştirak edəcək

Pakistan Hərbi Hava Qüvvələrinin "JF-17 Thunder" qırıcıları və bu ölkənin hərbçiləri noyabrın 8-də Azərbaycanın Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradda iştirak edəcəklər.

Aznews.az xəbər verir ki, bunu Pakistan informasiya və teleradio yayımları naziri Attaulla Tarar bildirib.

"Yaşasın Pakistan və Azərbaycan dostluğu!", - o qeyd edib.