Azərbaycanda axtarış sistemləri arasında "Google"un payı fevralda 18 % azalıb

Bu ilin ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 70,46 % təşkil edib.

Aznews.az xəbər verir ki, bu, əvvəlki aya nisbətən 15,44 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16,44 faiz bəndi azdır. Beləliklə onun bazar payı bir ayda 18 % azalıb.

İkinci pillədəki "Bing"in bazar payı aylıq müqayisədə 18,43 faiz bəndi, illik isə 18,46 faiz bəndi artaraq 19,49 %-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Yandex"in bazar payı ay ərzində 3,00 faiz bəndi, illik isə 1,87 faiz bəndi azalaraq 9,52 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,04 faiz bəndi, illik müqayisədə isə 0,02 faiz bəndi azalaraq 0,26 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,05 faiz bəndi, illik müqayisədə isə 0,17 faiz bəndi azalaraq 0,19 % olub.