Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

Rusiya mediasının xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskva Neft Emalı Zavodu və "Sadovod" ticarət mərkəzinə ziyan dəyib. Moskva vilayətində iki uşaq daxil olmaqla 16 nəfər xəsarət alıb.