- Dünyanın halı
- 16:35
- 2 474
Zelenski: "Ukrayna yanırsa, Moskva da yanacaq"
"Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq".
AzNews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Müdafiə Qüvvələrinin cümə axşamı gecəsi Moskva neft emalı zavoduna zərbə endirməsinin rusların Kiyev-Peçoryan monastırının ərazisinə zərbəsinə cavab olduğunu qeyd edib.
Prezident müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb: "Moskvaya qarşı tamamilə ədalətli cavabımıza gəldikdə: Putin bu müharibəyə son qoymaq istəmirsə, davam etmək istəyirsə, biz boş oturmayacağıq, cavab verəcəyik. Cavab güclü və ədalətli olmalıdır. Onlar monastıra zərbə endirdilər. Jurnalistlərlə görüşümüz zamanı monastırda idik və mən tamamilə açıq şəkildə dedim: Biz cavab hazırlayacağıq və siz bunu görəcəksiniz.
Biz bu müharibəni istəmirik və heç vaxt istəməmişik. Bunu hamı bilir, tərəfdaşlarımız da bilir və biz qətiyyən istəmirik ki, Ukrayna düşmən üzündən yansın. Amma Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq. Buna görə də bir daha vurğulayırıq ki, təcavüzə, bu müharibəyə son qoymağın vaxtıdır".