- Paytaxt
- 15:33
- 2 390
Prezident: İki-üç ilə "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik
Azərbaycan iki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir.
Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu il "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir:
"Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik".
"İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir", - Prezident əlavə edib.
AzNews.az