İsrail kanalı: Xameneinin öldürüldüyünə dair artan dəlillər var

İsrail tərəfi İranın ali rəhbəri Əli Xameneinin bu gün endirilən zərbə nəticəsində böyük ehtimalla öldürüldüyünü “qiymətləndirir”. Məlumatda bu istiqamətdə “artan əlamətlərin” olduğu bildirilir.

İsrailin 12-ci kanalı (Channel 12) adı açıqlanmayan İsrail mənbələrinə istinadən bu barədə məlumat yayıb.

Bununla bağlı hələlik rəsmi təsdiq yoxdur.

Telekanal bir neçə dəqiqə əvvəl yaydığı məlumatda İsrailin ilkin qiymətləndirməsinin Xameneinin “ən azı yaralandığı” yönündə olduğunu qeyd edib. Bildirilib ki, bu nəticə peyk görüntülərinə deyil, adı açıqlanmayan mənbələrdən əldə olunan informasiyaya əsaslanır.

Xameneinin yaxın vaxtlarda müraciət edəcəyi gözlənilir. Telekanalın versiyasına görə, belə bir çıxış yayımlanarsa, onun əvvəlcədən qeydə alınmış olması mümkündür.

Kanal 12 (Channel 12) həmçinin bu gün həyata keçirilən zərbələrin İran rejiminin rəhbərliyinə və hərbi komandanlığına “çox ciddi zərbə” vurduğunu iddia edib.

Mövsüm,

AzNews.az