Rusiya Ukrayna SES-lərinə raket zərbələri endirib, elektrik enerjisi istehsalı dayanıb

Ukraynada bütün dövlət istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb.

Aznews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri onlara “Kinjal” raketləri ilə rekord zərbə endirib.
Ölkədə elektrik enerjisi istehsalı dayanıb.

Hücum zamanı Rusiya qüvvələri 20-dən çox “İskəndər”, 200-dən artıq “Geran” və “Gerber”, həmçinin təxminən 10 hipersəsli “Kinjal” raketindən istifadə edib.

Zərbə nəticəsində Pridneprovska SES, Dneprovska SES, Kremençuq SES, Zmiyov İES və Tavriçesk İES hədəfə alınıb. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Pavloqradda yerləşən kimya zavoduna, Xarkov, Poltava və Çerniqov vilayətlərindəki neft stansiyalarına hücum edib. Vasılkivdəki Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromu və Kiyev vilayətinin Qostomel qəsəbəsindəki Antonov aerodromu da zərbələrə məruz qalıb.

Hücum eyni zamanda Ukraynanın nəqliyyat infrastrukturuna yönəlib. Rusiya ordusu Poltava vilayətindəki depo obyektlərini vurub, bir neçə lokomotiv zədələnib.